"Real" Toni Kroosu aldığını rəsmən təsdiqlədi
"Real" Toni Kroosu transfer etdiyini təsdiqləyib.

Klubun rəsmi saytında 24 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzaladığı barədə məlumat yayılıb. T.Kroosun bu gün ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, "Real"ın bu transfer üçün futbolçunun ötən mövsüm oynadığı "Bavariya"ya 30 milyon avro ödədiyi iddia edilir.

Xəbər 974 dəfə oxundu.