Bu dəfə jurnalistlər yarışacaq
22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası jurnalistlər arasında "Media Kuboku" adı altında velosiped yarışı təşkil edəcək. İyulun 23-ü, səhər saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri deyil, həmçinin digər sahələrdən yazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlar da iştirak edə bilər.

Qeydiyyat iyulun 23-ü, səhər saat 09:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Yarışda ilk 3 yeri tutmuş iştirakçılar AzVİF tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.

Xəbər 1031 dəfə oxundu.