“Neftçi”nin oyununa 4 min bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Koper" oyununa artıq 4000-dən artıq bilet satılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, biletlər matçın keçiriləcəyi 8-ci kilometr qəsəbə stadionun kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

Xəbər 770 dəfə oxundu.