Baku Fires – Leipzig Leopards

Dekabrın 10-da saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turun matçında Azərbaycanın Baku Fires və Almaniyanın Leipzig Leopards komandaları qarşılaşacaq. Klublar hərəyə 9 xal toplayıb və “B” qrupunda ilk iki pilləni tuturlar.
Komandaların heyətləri artıq məlumdur:
Baku Fires – Leipzig Leopards
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)

Qeyd edək ki, bu matçda Nikolay Veselov Baku Fires-ın heyətində birinci döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçiriblər və qələbə qazanıblar.

Leipzig Leopards-ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı Pekin Olimpiadasında gümüş medal qazanıb.
Turnir cədvəli:
1. Leipzig Leopards – 9 xal, döyüşlərin fərqi - 13-2
2. Baku Fires – 9, 11-4
3. Mexico City Guerreros – 4, 7-7
4. Paris United – 4, 5-9
5. Beijing Dragons – 3, 3-12
6. Istanbul Bosphorus – 2, 5-10
Bu həftə “B” qrupunda daha bir matç baş tutacaq: Mexico City Guerreros - Istanbul Bosphorus. Paris United - Beijing Dragons görüşü təxirə salınıb və yanvarın 31-də keçiriləcək.

Xəbər 1089 dəfə oxundu.