Federasiya nümayəndələri O-Ringen Akademiyasına qatılacaq | |
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bütün dünyada yüksək reytinqli akademiya olan "O-Ringen Academy"də iştirak etmək üçün Beynəlxalq Federasiyadan rəsmi dəvət alıb. İdman.com.az saytı xəbər verir ki, İsveçdə 1965-ci ildən etibarən fəaliyyət göstərən və bu il öz 50 - illiyini qeyd edən O-Ringen Akademiyası səmti müəyyən etmə idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır. Bu il İsveçin Skane şəhərində 16-26 iyulda təşkil olunacaq tədris kursları üç istiqamətdə həyata keçiriləcəkdir: 1. Xəritəçilik 2. Yarış təşkilatçılığı (hakimlik) 3. Məşqçilik Keçiriləcək tədris kursunda SMEİF-in baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva iştirak edəcək. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim ediləcək. Tədris və seminarlardan əlavə bu müddət ərzində Kristianstad şəhərində "5-Days" yarışı da keçiriləcək. Onu da qeyd etmək lazımdır ki, bu il O-Ringen Akademiyasında müxtəlif ölkələrdən 30-a yaxın federasiya nümayəndələri qatılacaq. |
|
Xəbər 2516 dəfə oxundu. |
|
|