SMEF prezidenti İOF-un Baş Assambleyasında
Dünya çempionatı çərçivəsində iyulun 10-da İtaliyanın Lavarone şəhərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının Baş Assambleyası keçirilç Assambleyaya İOF-a üzv olan bütün ölkələrin federasiya prezidentləri qatılmışdır. İdman.com.az saytı xəbər verir ki, iclasın əsas məqsədlərindən biri İOF-un növbəti iki ili üçün Prezidentinin və İOF Şurasının yeni tərkibinin seçilməsindən ibarət idi.

Toplantını giriş sözü ilə İOF-un prezidenti Brayn Porteos açaraq iclas iştirakçılarını salamlamış, 31-ci dünya çempionatının müvəffəqiyyətlə təşkil olunduğuna görə hər kəsə öz təbriklərini çatdırıb. Öz çıxışında B.Porteos 2013-cü ilin yekunları barədə ətraflı danışaraq Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının bu müddət ərazində səmti müəyyən etmənin ölkəmizdə daha da geniş yayılması və inkişafına istiqamətləndirilmiş tədbir və layihələri yüksək dəyərləndirib, bu fəal inkişaf prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümüd etdiyini bildirib.

Sonra B.Porteos İOF Şurasının Azərbaycan SMEF –in İOF-un tam üzvü olaraq seçilməsi barədə qərar qəbul etdiyini qeyd edib və sözü Azərbaycan SMEF-in Prezidenti Mirəli Kazımova verib. M.Kazımov öz çıxışında bütün iclas iştirakçılarını salamlayıb, Azərbaycan səmti müəyyən etmə idmanına ayrılan diqqətə görə B.Porteosa təşəkkürünü bildirib. Eləcə də federasiya prezidenti dövlətimizinin bütün sahələrə olduğu kimi idmana da ayırdığı diqqət və qayğı sayəsində bu idman növünün gələcəkdə Azərbaycanda daha da fəal inkişaf edəcəyini vurğulayıbr. M.Kazımov 2015-ci ildə Azərbaycanda keçirilən İlk Avropa Olimpiya Oyunlarına hər kəsi dəvət etmiş, Azərbaycanın qonaqpərvərliyi və zəngin mədəniyyəti ilə tanış olmağa çağırıb.

Daha sonda iclasda növbəti illərdə keçiriləcək beynəlxalq səviyyəli idman tədbirlərinin təşkilati məsələləri müzakirə olunub, buna dair müvafiq qərarlar qəbul edilib.

Xəbər 3211 dəfə oxundu.