Gənc qızlarımız İtaliyada
Yeniyetmə və gənc qızlarımız iyulun 20-dən 27-dək İtaliyanın Assisi şəhərində keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar. Gənclərin yarışında 106, yeniyetmələrin turnirində isə 118 dəri əlcək ustası öz bacarığını nümayiş etdirəcək. Komandamızın heyətinə 3 boksçu daxil edilib: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq). Boksçularımız artıq 10 gündür ki, İtaliyada Fransa, Belçika, Almaniya, Hollandiya və yerli komanda ilə birgə təlim-məşq toplanışındadırlar. Avropa birinciliyində ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək.

Xəbər 964 dəfə oxundu.