Şvaynştayger: "Avro-2016"ya qələbə üçün gedəcəyik"
Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayqer iddialı açıqlamaları ilə diqqət çəkib.

"Sky Sports"a danışan təcrübəli futbolçu komandasının "Avro-2016"ya da qələbə üçün gedəcəyini bildirib:

"Dünya çempionatındakı zəfər bizə daha böyük uğurlar qazanmaq istəyi verir. Növbəti turniri də qazanmaq istəyirik. Braziliyada böyük turnirdə gənc futbolçuların təcrübə qazanmaları çox vacibdir. Biz Fransada keçiriləcək "Avro-2016"nın final mərhələsinə də yalnız çempionluq üçün gedəcəyik. Asan olmayacaq. Çünki komandamız gəncdir. Lakin bizdə Filip Lam, Məsut Özil və Per Mertezaker kimi təcrübəli futbolçular var".

Xəbər 837 dəfə oxundu.