"Xəzər Lənkəran" millimizin üzvü ilə razılığa gəldi
Yeni mövsümə hazırlaşan "Xəzər Lənkəran" qapıçı axtarışını davam etdirir.

Cənub təmsilçisi milli komandamızın və "Qəbələ" klubunun qapıçısı Anar Nəzirovu heyətinə cəlb etməyə yaxındır.

Artıq 28 yaşlı futbolçu ilə hərtərəfli razılıq əldə olunub. A.Nəzirov Qol.Az saytına açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, "Qəbələ" ilə altı aylıq müqaviləsi olduğu üçün transfer məsələsi ləngiyir. Yəni "Qəbələ" Nəzirovun keçidinə icazə versə, o, yeni mövsümdən "Xəzər Lənkəran"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Anar Nəzirov 2010/2011 və 2012/2013 mövsümünü “Qəbələ”də keçirib. O, ötən mövsümün ilk yarısında "Sumqayıt"ın qapısını qoruyub, bu ilin yanvar ayında isə yenidən "Qəbələ"yə qayıdıb.

Xəbər 786 dəfə oxundu.