"Real" Rodriqesi 80 milyon avroya alır
"Real" Xames Rodriqesin transferi üçün "Monako" ilə razılığa gəlib.

Bu barədə İspaniya mətbuatı yazıb. Bildirilib ki, kolumbiyalı oyunçu üçün Madrid klubu Fransa təmsilçisinə təxminən 80 milyon avro təzminat ödəycək. X.Rodriqeslə illik 7.5 milyon avro qazanacağı uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Kolumbiya millisinin futbolçusu X.Rodriqes DÇ-2014-ün bombardiri (6 qol) olub.

Xəbər 893 dəfə oxundu.