"Almaniya millisinin nə Ronaldoya, nə də Messiyə ehtiyacı var"
Əfsanəvi futbolçu Frans Bekkenbauer DÇ-2014-ün qalibi Almaniya yığması haqda müsbət fikirlər səsləndirib.

O, sabiq komandasının ulduz futbolçulara ehtiyacı olmadığını deyib:

"Komandanın baş məşqçisi Yoahim Löv dünya çempionatında düzgün qərarlar verdi. Bu turnirin ən yaxşısı Almaniya idi. Yığmadakı hər kəs bu uğuru qazanmağa layiq idi. Almaniyanın nə Kriştiano Ronaldoya, nə də Lionel Messiyə ehtiyacı var. Bu yığmaya belə futbolçular lazım deyil. Çünki Almaniya komanda futbolu oynayır".

Xəbər 864 dəfə oxundu.