“Rabitə” debütanta rəhm etmədi

Qadın voleybolçular arasında Çempionlar Liqasında ölkəmizi təmsil edən “Rabitə” II turu səfərdə keçirib. Son Azərbaycan və dünya çempionu Almaniyada “Dresdner”in qonağı olub. Zoran Qayiçin komandası ilk matçda olduğu kimi, bu dəfə də rəqibinə heç bir şans verməyib. Debütant hər 3 hissədə məğlub olub – 0:3.

Çempionlar Liqası
Qrup mərhələsi

7 dekabr
II tur

“B” qrupu

“Dresdner” (Almaniya) – “Rabitə” (Azərbaycan) - 0:3 (22:25, 19:25, 21:25)
Hakimlər: Aqe Kristensen (Danimarka), Blyert Girt (Belçika)

Xəbər 952 dəfə oxundu.