Di Mariya PSJ-nin təklifini rədd etdi
Fransanın PSJ klubu Madrid "Real"ının yarımmüdafiəçisi Anxel Di Mariyanı transfer etməyi planlaşdırır.

Paris təmsilçisi artıq "Real" klubu ilə danışıqlara başlayıb.

Lakin argentinalı futbolçu PSJ-nin təklifini rədd edib. "DÇ-2014"də inamlı oyunu ilə diqqət çəkən di Mariya yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirib.

Qeyd edək ki, di Mariya ilə İngiltərənin "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Xəbər 752 dəfə oxundu.