"Neftçi" və "İnter"in avroliqadakı oyunlarının baş hakimləri müəyyənləşdi
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" və "Elfsborq" - "İnter" görüşlərinin baş hakimlərinin adları açıqlanıb.

İdman.com.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 17-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Koper" matçını belaruslu referi Denis Şerbakov idarə edəcək.

Həmin gün İsveçdə keçiriləcək "Elfsborq" - "İnter" görüşü isə italiyalı hakim Davide Massaya həvalə olunub.

Qeyd edək ki, "Neftçi" - "Koper" oyunu saat 20:00-da başlayacaq. "Boras Arena"da baş tutacaq "Elfsborq" - "İnter" oyunu isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 806 dəfə oxundu.