"Final fitindən sonra nə edəcəyimi bilmirdim"
Almaniya millisinin hücumçusu Andre Şürrle "DÇ-2014"ün finalında qalib gəldikləri Argentina ilə oyundan sonra fikirlərini bölüşüb.

Almaniya Futbol Federasiyasının rəsmi saytına danışan təcrübəli futbolçu final fitindən sonra nə edəcəyini bilmədiyini deyib:

"Hakimin final fitindən sonra nə edəcəyimi bilmirdim. Sevinc anları yaşadım. Qol epizodunda sadəcə topu cərimə meydançasına ötürməyə çalışırdım. Qötze də işin öhdəsindən əla gəldi".

Qeyd edək ki, Argentina ilə final oyununda Qötzeyə məhsuldar ötürmə ilə yadda qalan Şürrle komandasının dünya çempionu olmasında böyük pay sahibi olub.

Xəbər 774 dəfə oxundu.