Platini Özildən forma istədi
DÇ-2014-ün finalında Argentinanı məğlub edərək dünya kubokunu qazanan Almaniya millisinin futbolçusu Məsut Özil formasını UEFA-nın prezidenti Mişel Platiniyə hədiyyə edib.

Turnirin qalibinə kubok təqdim olunan zaman M.Platini oyunçudan formasını istəyib. Özil də əynindəki formanı çıxararaq qitənin ali futbol qurumunun prezidentinə verib.

Qeyd edək ki, DÇ-2014-də 7 matçda iştirak edən M.Özil 1 qol vurub

Xəbər 751 dəfə oxundu.