Millimizin rəqibləri yoldaşlıq oyunları keçirəcək
"Avro-2016"nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə H qrupunda mübarizə aparacaq İtaliya və Norveç yığmaları yoldaşlıq oyunları keçirəcəklər.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 3-də Londonda Norveç millisi İngiltərə yığmasının qonağı olacaq.

Bir gün sonra Bari şəhərində İtaliya millisi Hollandiya yığmasını qəbul edəcək. Noyabrın 12-də isə Oslo şəhərində Norveç - Estoniya qarşılaşması keçiriləcək.

Xəbər 960 dəfə oxundu.