Azərbaycan velosipedçisi fəxri kürsüdə
Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası Fransada keçirilən birinci kateqoriyalı “Fenioux Piste İnternational” kubokunun 2-ci günündə də uğurlu çıxışını davam etdirib.

Yığma komandamızın üzvü Olqa İsmayılova sprint yarışlarında final mərhələsinədək irəliləyərək turniri ikinci pillədə başa vurub. Bununla da İsmayılovanın reytinqinə daha 72 xal əlavə olunub.

Kişilər arasında sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 21 nəfər arasında 9-cu yer tutub. Qeyd edək ki, Sergey 1/8 finalda üçqat dünya çempionu və dünya rekordçusu, fransalı Kevin Siroya qalib gəlib.

Digər velosipedçilərimizdən Yelena Pavluxina 25 km məsafəyə qrup ötüşmələrində 14 nəfər arasında 4-cü, 500 metr məsafəyə omniumda isə 9-cu olub.

Xəbər 775 dəfə oxundu.