"DÇ-2014"ün bombardiri müəyyənləşdi
Dünən baş tutan Almaniya - Argentina final görüşü (1:0) ilə "DÇ-2014"ün bombardirinin kimliyi müəyyənləşib.

Kolumbiya millisinin futbolçusu Xames Rodriqes bu turnirdə ən çox qol vurub.

1/4 finalda Braziliyaya məğlub olaraq mübarizəni dayandıran Kolumbiya millisinin gənc hücumçusu altı qolla mundialın bombardiri olub.

Almaniya millisindən Tomas Müller ikinci (5) pillədə qərarlaşıb. Hərəyə dörd qol vuran Neymar (Braziliya), Messi (Argentina), Robin van Persi (Hollandiya) 3-5-ci yerləri bölüşdürüblər.

Xəbər 760 dəfə oxundu.