Suaresin "Barselona" ilə müqavilə imzalayacağı tarix açıqlandı
"Liverpul"un futbolçusu Luis Suaresin iyulun 16-i "Nou Kamp"da "Barselona" ilə rəsmi müqavilə imzalayacağı iddia edilib.

"Barsa" "Nau Kamp"da təqdimetmə mərasimi üçün hazırlıqlara başlayıb. Xəbərdə Suaresi görmək istəyən azarkeşlərin stadiona girişinin pulsuz olacağı bilirilir.

"Luverpul"un L.Suaresi 50-80 milyon avro arası qiymətə "Barsa"ya satacağı gözlənilir.

Xatırladaq ki, Uruqvay millisinin futbolçusu Suares DÇ-2014-də İtaliya ilə matçda rəqibin müdafiəçisi Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Bu səbəbdən L.Suaresin "Barselona"ya transferi rəsmiləşsə, o, 4 ay matçlarda iştirak etməyəcək.

Xəbər 785 dəfə oxundu.