Olimpiya dərəcəli hakimlərimiz və güləşçilərimiz Londonda

Dekabrın 7-dən 11-nə qədər Londonda 30-cu Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə FİLA Hakimlər Kollegiyasının iclası və test yarışları keçiriləcək. idman.com.az saytının xəbərinə görə Hakimlər Kollegiyasının iclasında ölkəmizi Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov və olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcəklər.
Sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə keçiriləcək test yarışlarında 8 idmançımız mübarizə aparacaq. Qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq), sərbəst güləş yığmasının baş məşçisi Saypulla Absaidovun rəhbərliyi altında Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (84 kq), yunan-Roma güləşi yığmasının məşqçisi Mutaalib Yerlikayanın başçılığı altında isə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) ölkəmizi təmsil edəcəklər.

Xəbər 1081 dəfə oxundu.