Braziliya – Hollandiya oyununun hakimi müəyyənləşdi
DÇ-2014-ün bürünc medalı uğrunda Braziliya və Hollandiya arasındakı oyunu idarə edəcək hakim müəyyənləşib.Dünyanın ali futbol qurumu bu qarşılaşmanı Əlcəzair Futbol Federasiyasından 43 yaşlı Camal Haymudiyə həvalə edib.

Qeyd edək ki, Camal Haymudi cari çempionatının qrup mərhələsində keçirilən Avtraliya – Hollandiya və Kosta-Rika – İngiltərə, eləcə də 1/8 finalın Belçika – ABŞ görüşlərini idarə edib.

Xəbər 875 dəfə oxundu.