Alveş: "Rəhbərlik istəsə, "Barselona"da qalacam"
"Barselona" klubunun müdafiəçisi Daniel Alveş komandadakı gələcək karyerası haqda danışıb.

Braziliyalı futbolçu "Football Espana"ya açıqlamasında rəhbərliyin istəyi müqabilində komandada qalacağını deyib:

"Hələ ki, "Barselona"dakı karyeram qeyri-müəyyəndir. İlk öncə rəhbərliklə görüşməliyəm. Əgər onlar istəsə, qalacam. "Barselona" ilə müqaviləm var. Ona görə də hələ ki, komandadan getmək haqda düşünmürəm. Təəssüf ki, son iki mövsümdə heç nə qazana bilmədik".

Xəbər 816 dəfə oxundu.