Yığmamız qələbə qazandı
İspaniyanın San-Sebastyan şəhərində keçirilən "Donosti Cup" turnirində çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Marino CD" komandası ilə qarşılaşan yığmamız Melis Sarıaltının vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, futbolçularımız bu turnirdə keçirdiyi əvvəlki oyunları da qələbə ilə başa vurub. "Atletico Vilafranca" komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız "Amara Berri" komandasını 4:0 hesabı ilə məğlub edib.

Xəbər 740 dəfə oxundu.