"Neftçi"nin müdafiəçisi proqnoz verdi

"Neftçi"nin futbolçusu İqor Mitreski klubun rəsmi saytına açıqlama verib. İdman.com.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi Unibank Premyer Liqasının XVI turunun dekabrın 11-də keçiriləcək AZAL-la oyunu haqda fikirlərini bildirib. Sitat: ""Neftçi" hazırda yüksək səviyyəli oyun göstərir. Bunun məntiqi nəticəsi kimi hazırda zirvədə qərarlaşıb. AZAL-la oyuna həmişəki qaydada hazırlaşırıq. Çalışacağıq ki, baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirək. Biz hər rəqibə hörmətlə yanaşıırq. Lakin bu görüş adi oyunlardan biridir, qələbəyə oynayacağıq. İnanıram ki, "Neftçi" mövsümün sonunadək liderliyini qoruya biləcək".

Xəbər 952 dəfə oxundu.