Messi Maradonanı geridə qoydu
Argentina millisnin kapitanı Lionel Messi yığma komandada keçirdiyi oyun sayına görə Dieqo Maradonanı qabaqlayıb.

DÇ-2014-ün yarımfinal matçında hazırda Hollandiya ilə keçirilən qarşılaşmanın start heyətində yer alan hücumçu milli komandada 92-ci matçına çıxıb.

Maradona isə Argentina forması ilə 91 görüşdə iştirak edib.

Argentina millisində ən çox oyun keçirən futbolçular aşağıdakılardır:

1.Zanetti – 145 oyun

2.Ayala – 115 oyun

3.Simeone – 106 oyun

4.Maskerano – 104 oyun

5.Messi – 92 oyun

6.Maradona – 91 oyun

Xəbər 781 dəfə oxundu.