Hafiz Məmmədov İngiltərədə bəyanatla çıxış edib
Azərbaycanlı iş adamı, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov bəyanatla çıxış edib.

Bəyanat “Sheffield Wednesday” klubu tərəfindən “The Star” qəzetinə və digər media orqanlarında yayılıb.

Bəyanatda deyilir: “Mənim həbsim və Azərbaycanda saxlanılmağım barədə bəzi əsassız şayiələr yayılıb və aydındır ki, bu şayiələr mənim tərəfimdən qətiyyətlə təkzib olunur. Habelə Dövlət Sərhəd Xidmətində bu şayiə dərhal rədd edilib.

Belə görünür ki, bu gün mənimlə bağlı situasiya ətrafında yalan və zərərli spekulyasiyalar çaşqınlıq yaratmaq, mənim maliyyə holdinqimi və öhdəliklərimi şübhə altına almaq üçün istifadə olunur. Mətbuatda mənimlə bağlı yer alan iddiaların heç bir əsası yoxdur və mən ailəmə və özümə qarşı zərbə vurmaq məqsədi ilə ortaya atılmış bu şayiəni yayanlara qarşı zəruri hüquqi addımlar atacağam”.

Xəbər 1720 dəfə oxundu.