Braziliya belə uduzmamışdı
Braziliya millisi tarixinin ən biabırçı məğlubiyyətini alıb.

"DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzan Braziliya millisi tarixində ilk dəfə olaraq qapısından yeddi qol buraxıb.

Braziliya sonuncu dəfə 1954-cü ildə baş tutan dünya çempionatında Macarıstana 2:4 hesabı ilə məğlub olmuş və ilk dəfə qapısında dörd qol görmüşdü.

Xəbər 842 dəfə oxundu.