Yığmamız Slovakiya və Polşaya qalib gəldi | |
Slovakiyanın Preşov şəhərində təşkil olunmuş 16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında beynəlxalq futzal turnirində Azərbaycan yığması iki oyun keçirib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Slovakiya yığmasını 3:0, Polşa-2 komandasını isə 3:2 hesabı ilə məğlub edib. Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Çexiya komandasına 4:0 hesabı ilə qalib gəlmişdi. |
|
Xəbər 773 dəfə oxundu. |
|
|