Braziliya Tiaqo Silvanın cəzasını ləğv etdirə bilmədi
Braziliya millisinin kapitanı Tiaqo Silva bu gün DÇ-2014-ün yarımfinalında Almaniya ilə matçda iştirak etməyəcək.

Braziliya Futbol Konfederiyası müdafiəçinin Kolumbiya ilə görüşdə aldığı sarı vərəqənin haqsız olduğunu sübuta yetirə bilməyib.

Beləliklə, T.Silva sarı vərəqə limitini doldurduğu üçün Almaniya ilə qarşılaşmanı buraxacaq.

Xəbər 740 dəfə oxundu.