"Mançester Siti" qapıçı aldı
"Mançester Siti" yeni mövsüm üçün üçüncü transferini gerçəkləşdirib.

Argentinalı qapıçı Vilfredo Kaballero ilə üç il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, 32 yaşlı V.Kabellero ötən mövsüm "Malaqa"da oynayıb.

Xatırladaq ki, "Mançester Siti" bundan əvvəl Fernando və Bakari Sanyanı heyətinə cəlb edib.

Xəbər 722 dəfə oxundu.