Parks və Flavinyu mükafatlandırıldı


“Bakı”nın hücumçusu Uinston Parksla “Neftçi”nin yarımmüdafiəçisi Flaviu Aleks Valensio Flavinyu Unibank Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı futbolçuları seçiliblər. İdman.com.az saytının məlumatına görə, bununla bağlı bu gün UniPlazada mükafatlandırma mərasimi keçirilib.
Səsvermə bankın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri və kapitanları, eləcə də aparıcı idman jurnalistləri arasında aparılıb. Sorğuda 12 klub və 33 KİV nümayəndəsi iştirak edib.
Oktyabrda qalib gələn Parks jurnalistlərin 70 faizinin, baş məşqçilər və komanda kapitanlarından isə 22 mümkün səsdən yalnız 5-ini qazanıb. Flavinyoya 14 mətbu orqan, 3 baş məşqçi və 2 kapitan səs verib.
“Ayın futbolçusu” adının yeni sahiblərinə Peşəkar Futbol Liqası rəhbərliyi hədiyyələr, Premyer Liqanın baş sponsoru Unibankdan isə 1111 manat pul mükafatı təqdim olunub.

Xəbər 1046 dəfə oxundu.