"Atletiko" hazırlıqlara start verdi
Son İspaniya çempionu "Atletiko" yeni mövsüm üçün hazırlıqlara start verib.

Məşqlərdə türk yarımmüdafiəçi Arda Turan da olmaqla, 14 futbolçu iştirak edib.

Dünya çempionatında iştirak edən Koke, Xuanfran, Qodin, Kristian Rodriqes, Alderveyreld və Ximenesin qarşıdakı günlərdə təlim-məşq toplanışına qatılacağı bildirilib.

Qeyd edək ki, "Atletiko" avqustun 6-ı "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.

Xəbər 753 dəfə oxundu.