"Almanların güclü və zəif tərəflərini yaxşı bilirəm"
Braziliya millisinin müdafiəçisi Dante "DÇ-2014"ün yarımfinalında qarşılaşacaqları Almaniya ilə oyun haqda danışıb.

"Bavariya" klubunun futbolçusu rəqibin güclü və zəif tərəflərini yaxşı bildiyini deyib:

"Almanların güclü və zəif tərəflərini yaxşı bilirəm. Bu mənada onların bizim üçün sürpriz olmayacaqlarını düşünürəm. Sabahkı görüşdə hər şey ola bilər. Almaniya güclü komandadır. Düzdür, onların heyətində ulduz futbolçu yoxdur. Ancaq onlar yaxşı komanda oyunu nümayiş etdirirlər. Bu da onları daha da güclü edir".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Xəbər 758 dəfə oxundu.