Yeniyetmə yunan-Roma güləşçiləri Qusarda
Yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamız Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.

Yiğmamız iyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində keçiriləcək yeniyetmələr arasında güləş üzrə dünya çempionatına hazırlaşır.

Qusar Olimpiya İdman kompleksində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında 20 idmançı iştirak edir. Bu güləşçilərdən 10 nəfəri Slovakiyada keçiriləcək dünya çempionatında medallar uğrunda mübarizə aparacaqdır.

Böyük məşqçi Nurəddin Rəcəbov dünya çempionatına hazırlaşan idmançıların yüksək əhval-ruhiyyədə olduğunu və yarışda ilk sıralara iddia etdiklərini bildirib.

İyunun 28-dən başlayan təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək.

Xəbər 863 dəfə oxundu.