Ronaldo: "Almaniya favorit deyil"
Braziliya millisinin sabiq hücumçusu Ronaldo "DÇ-2014"ün yarımfinalında keçiriləcək Braziliya - Almaniya matçı haqda fikirlərini bildirib.

FİFA-nın rəsmi saytına danışan Ronaldo Almaniyanın bu görüşün favoriti olmadığını deyib:

"Braziliya millisi Almaniya ilə oyuna iki ciddi itki ilə çıxacaq. Ancaq biz almanlarla görüşdə rəqib üzərində təzyiq yaratmalıyıq. Bu dünyanın iki böyük komandası arasında vacib matç olacaq. Almaniyanın favorit olduğunu düşünmürəm. Braziliya hər zaman istənilən rəqiblə görüşün əsas favoriti hesab olunur. Baş məşqçi Luis Felipe Skolarinin futbolçuları bu oyuna yaxşı kökləyəcəyinə inanıram. Proqnoz? Almaniyanı 1:0 hesabı ilə məğlub edəcəyik".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Xəbər 826 dəfə oxundu.