“Simurq” Sloveniya klubunu məğlub etdi
Sloveniyada təlim-məşq toplanışında olan “Simurq” klubunu ilk yoxlama oyununa çıxıb.

Gerorgi Çixradzenin komandası Sloveniyanın birinci liqasında mübarizə aparan “Alumıniy” klubu ilə qarşılaşıb.

Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Simurq” hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.

Xəbər 790 dəfə oxundu.