Pekerman: "Hakim səhvlərindən qorxmuruq"
"Bizim üçün dünya çempionatı hələ indi başlayır. Komandada problem yoxdur. Bütün oyunlara ruh yüksəkliyi ilə çıxdıq və qollar vurduq. Hakimlər? Bu mövzu məni qorxutmur. Hakimlər də səhv edə bilərlər. Ancaq bu oyunda səhv olacağını gözləmirəm".

Bu sözləri Kolumbiya millisinin baş məşqçisi Joze Pekerman "DÇ-2014"də bu gecə qarşılaşacaqları Braziliya ilə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının artıq 1/4 finala yüksəlməsi ilə böyük uğur əldə etdiyini bildirib: "1/4 finala yüksəlmək bizim üçün böyük uğurdur. Biz millətimizin gücünü nümayiş etdirdik. Şadam ki, Braziliya kimi böyük yığmaya qarşı oynacağıq. Final mərhələlərində bu bizim ilk oyunumuz olacaq. Burada mənfi amil məğlub olan tərəfin mübarizəni dayandırmasıdır".

Qeyd edək ki, Braziliya - Kolumbiya oyunu, bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Xəbər 1422 dəfə oxundu.