Qızlar liqalarının qalibləri mükafatlandırılıblar | |
“Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005–2015-ci illər)”nın tələblərinə uyğun olaraq Bakı şəhərinin idman məktəblərində mühüm tədbirlər həyata keçirilir. Artıq futbola nəinki oğlanlar, hətta qızlar da böyük maraq göstərirlər. Bu qurumun tabeçiliyində olan 9 nömrəli uşaq - gənclər idman məktəbinin futbolçu qızlarının uğurları davam edir. Binə stadionunda AFFA-nın təşkil etdiyi qızlar liqalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Səbail rayonundakı 9 nömrəli uşaq - gənclər idman məktəbinin komandası U - 13 qızlar liqasında II yerin sahibi olmuşdur. Komandanın futbolçusu Ayşən Əhmədova isə liqanın ən yaxşı oyunçusu seçilmişdir. U-16 UNICEF qızlar liqasının qalibi adını da 9 nömrəli uşaq - gənclər idman məktəbinin komandası qazanmışdır. Komandanın üzvü Roza Quliyeva liqanın ən yaxşı oyunçusu seçilmişdir. Bu məktəbin komandası U-19 liqasında da birinci yeri tutmuşdur. |
|
Xəbər 890 dəfə oxundu. |
|
|