Vilyam Karvalyo klubunu tərk edə bilər
“Sportinq” klubunun yarımmüdafiəçisi Vilyam Karvalyo klubunu lissabonluların transfer üçün tələb etdiyi məbləğ ödəniləcəyi halda tərk edə bilər.

Klubun idman direktoru Auqusto İqnasio “Mançester Yunayted” və futbolçu ilə maraqlanan digər klublara bildirib ki, Vilyam Karvalyonu ancaq 37 mln funt qarşılığında buraxa bilər.

“İndi o zaman deyil ki, futbolçular “Sportinq”i istənilən məbləğə tərk etsinlər. Biz Karvalyonun mümkün transferindən qorxmuruq, ona görə ki, bizdə oynamaq istəyən digər uşaqlar da var”.

“Biz müsbət danışıqlar aparmışıq. Futbolçunun müqaviləsində göstərilmiş transfer qiyməti kluba çox xeyir verəcək”.

Xəbər 995 dəfə oxundu.