Mariya Stadnik və Yuliya Ratkeviç reytinqdə birincidir
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün qadın güləşi üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Qadın güləşçilərin reytinq siyahısına 5 güləşçimizin adı daxil edilib.

48 kq
1. Mariya Stadnik (2)

53 kq
15. Patimat Baqomedova (10)

58 kq
6. İrina Netreba (5)

60 kq
1. Yuliya Ratkeviç (1)

69 kq
18. Raqnetta Qurbanzadə (nr)

Xəbər 816 dəfə oxundu.