Yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.

Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olmuş, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.

Xəbər 718 dəfə oxundu.