Hacı Əliyev birinci, Ruslan Dibirhacıyev ikinci oldu
Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, sərbəst güləş üzrə reytinq siyahısına 9 pəhləvanımızın adı daxil edilib:

61 kq
1. Hacı Əliyev (1)
7. Əhmədnəbi Qvarzatilov (8)

70 kq
2. Ruslan Dibirhacıyev (2)

74 kq
3. Cəbrayıl Həsənov (4)

86 kq
7. Həmzət Osmanov (12)

97 kq
3. Xetaq Qazyumov (3)
6. Şərif Şərifov (6)

125 kq
4. Əli İsayev (6)
5. Cəmaləddin Məhəmmədov (7)

Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Xəbər 1048 dəfə oxundu.