“Bir tək Ronaldo ilə uğur qazanmaq olmazdı”
Portuqaliya millisinin sabiq futbolçusu Rikardo Kuarejma Kriştiano Ronaldoya dəstək olub.

O, yığmanın DÇ-də uğursuz çıxışının səbəbkarının Ronaldo olmadığını deyib:

"Turnir ərzində Ronaldonun üzərinə çox təzyiq var idi. Amma Portuqaliya sadəcə ondan ibarət deyil. Heç bir komanda bir futbolçu ilə uğur qazana bilməz. Portuqaliyanın qrupdan çıxmamasına səbəb hər şeyi Ronaldodan gözləməyimiz oldu".

Xəbər 1002 dəfə oxundu.