FİFA dördüncü əvəzetməyə yaşıl işıq yandırır
FİFA 2018-ci ildə keçiriləcək dünya çempionatında bəzi dəyişikliklər etməyi planlaşdırır.

Dünyanın ali futbol qurumu növbəti mundialda matçın əlavə vaxtında komandalara dördüncü oyunçu dəyişikliyi etmək hüququnu verməyi düşünür.

FİFA-nın nümayəndəsi Cerard Hulye bildirib ki, qurumun İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bu məsələ müzakirə olunacaq.

Qeyd edək ki, DÇ-2014-də indiyə kimi sonradan oyuna daxil olan futbolçular ümumilikdə 29 qol vurub. Bu nəticə isə dünya çempionatı tarixində yeni rekorddur.

Xəbər 931 dəfə oxundu.