Azərbaycanlı hakimlər Çempionlar Liqasında
FİFA referiləri Əliyar Ağayev və Anar Salmanov avrokubok oyunlarına təyinat alıblar.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Əliyar Ağayev Çempionlar Liqası, Anar Salmanov isə Avropa Liqasının oyunlarında ədaləti təmsil edəcəklər.

Çempionlar Liqası

II təsnifat mərhələsi. 23 iyul

"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabbarov


Avropa Liqası

II təsnifat mərhələsi. 24 iyul

"Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa)
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim: Rəhim Həsənov

Xəbər 1026 dəfə oxundu.