Sabah Londonda ağırlıqqaldıranlar sınaq yarışına çıxacaqlar

Sabah Londonda Yay Olimpiya Oyunları öncəsi test turniri start götürəcək. idman.com.az saytı xəbər verir ki, bu yarışda ağırlıqqaldıranlarımız da mübarizə aparacaqlar. Təmsilçilərimizdən kişilərin yarışında İntiqam Zairov (94 kq), qadınların sınağında Yuliya Dovqal (+75 kq) qüvvəsini sınayacaq. Turnirdə idmançılarımız məşqçilər Maqsum Həsənov və Xanlar Nəbiyevin rəhbərliyi ilə çıxış edəcəklər. Həmyerlilərimiz London olimpiadasında ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayacaqlar.
Zairov körpücük üzərində dekabrın 10-u, Dovqal isə 11-də çıxacaq. Hər 2 idmançımızın mübarizə aparacağı çəki dərəcəsi Bakı vaxtı ilə 20.00-da başlayacaq.

Xəbər 1147 dəfə oxundu.