Neymardan şad xəbər
Braziliya millisinin zədəli futbolçusu Neymarın son durumuna aydınlıq gəlib.

Yığmanın həkimi Xose Luis Runko 22 yaşlı hücumçunun durumunun yaxşı olduğunu deyib:

"Neymar komanda ilə birgə məşqlərə başlayıb. Onun ciddi bir şeyi yoxdur".

Qeyd edək ki, Neymarın zədə səbəbindən Kolumbiya ilə matçda iştirak etməyəcəyi iddia edilirdi.

Xəbər 813 dəfə oxundu.