Rəhman Hacıyev Türkiyə klubuna keçir
"Bakı"nın gənc yarımmüdafiəçisi Rəhman Hacıyev də Türkiyə klubuna keçir. O, bir neçə gün öncə Vaqif Cavadovu sıralarına qatan "Qaziantep BB" klubunun maraq dairəsindədi.

O, bugünlərdə Türkiyəyə yollanacaq. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi bildirilir. Başqa problem yaranmasa, Rəhman da Türkiyə klubu ilə müqavilə imzalayacaq və Vaqiflə birgə çıxış edəcək. Paytaxt klubunun da onu buraxacağı bildirilir.

Qeyd edək ki, Hacıyev son mövsümü icarə əsasında "Sumqayıt"da keçirib.

Xəbər 1120 dəfə oxundu.