Messi: "Dünya çempionatı hələ indi başlayır" | |
Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları İsveçrə ilə oyunöncəsi maraqlı fikirləri ilə diqqət çəkib. Ulduz futbolçu "facebook" sosial şəbəkəsindəki səhifəsində mundialın hələ indi başladığını yazıb: "Dünya çempionatında 1/8 finala yüksəlməyimiz əladır. Düşünürəm ki, mundial hələ indi başlayır. Gəlin, daha böyük şeylər edək!". Qeyd edək ki, Argentina - İsveçrə oyunu bu gün axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|